Messi ilin ən yaxşı futbolçusu seçildi

Argentina yığmasının kapitanı, Fransa çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi 2022-ci ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə FIFA açıqlayıb. 

Məlumata görə, Messi 2009 və 2019-cu illərdə də dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb. O,  həm də 7 dəfə "Qızıl top" mükafatını alıb.