Meral Akşener “Altılı masaya” geri dönüb

Türkiyədəki müxalif “İYİ Partiya”nın sədri Meral Akşener “Altılı masa”ya geri dönüb.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən verdiyi xəbərə görə, “İYİ Partiya”nın sözçüsü Kürşad Zorlu mətbuata açıqlamasında Meral Akşenerin CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib.

“Sədrimiz bir azdan baş tutacaq “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”, - deyə o vurğulayıb.

Xatırladaq ki, az əvvəl Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını "Altılı masa"ya qayıtmaq üçün şərt olaraq irəli sürmüşdü.