London klubu "Formula 1"lə müqavilə imzalayıb

İngiltərənin "Tottenhem" klubu "Formula 1"lə müqavilə imzalayıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, sözləşmə 15 il müddətinə nəzərdə tutulub.

Müqavilə gənclər arasında avtoidmanın təbliği və mühəndislik sahəsində peşəkar oriyentasiyaya yönəlmiş bir çox tədbirləri əhatə edir.

"Tottenhem"in ev oyunlarını keçirdiyi stadionda böyüklər və yeniyetmələr üçün treklər olan kartinq kompleksi tikiləcək.