ABŞ İsrailə verdiyi dəstəyin fonunda regionda öz hökmranlığını bərqərar etmək istəyir.
Bu barədə Yəmənin “Ənsarullah” hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi bəyan edib.
Əl-Husi ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin son açıqlamalarına reaksiya verərək bildirib ki, Hakabinin sözləri ABŞ-ın yürütdüyü siyasəti nümayiş etdirir, ABŞ səfirinin açıqlamaları ABŞ-ın İsrailə verdiyi dəstəyin və region xalqları üzərində hakimiyyət qurmaq cəhdlərini açıq şəkildə üzə çıxarır.
“Ənsarullah” lideri İsrailin Qəzza sektorunda törətdiyi cinayətlərin, bombardmanın, mühasirənin və aclığın davam etdiyini qeyd edib. O, İsrailin Qərb sahilində də hücumlarını davam etdirdiyini deyib.
Əl-Husi bildirib ki, İsrailin əsas məqsədlərindən biri Qüds şəhərində yerləşən və bütün müsəlmanların üçün müqəddəs hesab edilən Məscidül-Əqsanı dağıtmaq və orada məbəd inşa etdirməkdir.
O, Qərb sahilində – Fələstində İsrail tərəfindən ən ağır hücumların, məcburi köçlərin, dağıntıların və istismarın törədildiyini xatırladıb.
Əl-Husi İslam ümmətini İsrailə qarşı mübarizəyə çağırıb və müsəlmanların bundan başqa yolunun olmadığını əlavə edib.
Əl-Husi: İsrail Məscidül-Əqsanı dağıtmaq istəyir