Küveyt problemləri həll etmək üçün İslami birliyə çağırış etdi

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Küveytin xarici işlər naziri misli görünməmiş çağırışlarla mübarizə aparmaq üçün İslam ölkələrinin münasibət, eyni halda siyasətlərinin birləşməsinin və inteqrasiyasının zəruriliyini vurğulayıb.

Küveytin xarici işlər naziri Səlim Abdulla əl-Cabir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Mavritaniyada keçirilən iclasının 49-cu sessiyasında misli görünməmiş çətinliklərin öhdəsindən gəlmək üçün İslam birliyinə çağırıb.

Əl-Cabir deyib: “İslam ümməti qanlı müharibələr, təbii fəlakətlər və yoluxucu xəstəliklərin yayılması da daxil olmaqla, dünyada misli görünməmiş problemlər yaradan böyük təhlükələr və mürəkkəb vəziyyətlərlə üz-üzədir. Heç bir ölkə bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Bu çağırışların həcmi o qədər böyükdür ki, onunla mübarizə aparmaq üçün münasibət və siyasətin birliyi tələb olunur”.

Küveytin xarici işlər naziri həmçinin Fələstin məsələsini daimi ərəb və İslam məsələsi kimi dəyərləndirib və deyib: Dünya anlamalıdır ki, Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli olmadan bölgəmiz sülh görməyəcək.