Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Operativtv.com Reporta istinadən məlumatına görə, 8 cavab qarşılaşması baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ" Belçikada "Gent"in qonağı olacaq. "Köhlən atlar" Bakıdakı ilk oyunda minimal hesablı qələbə qazanıb - 1:0

Türkiyədə "Bazel"ə eyni hesabla qalib gələn "Trabzonspor" İsveçrədən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “CFR Kluj” (Rumıniya) - “Latsio” (İtaliya)

İlk oyun - 0:1

21:45. “Dnepr-1” (Ukrayna) - AEK (Larnaka, Kipr)

İlk oyun - 0:1

21:45. “Partizan” (Serbiya) - “Şerif” (Moldova)

İlk oyun - 1:0.

21:45. “Anderlext” (Belçika) “Ludoqorets” (Bolqarıstan)

İlk oyun - 0:1

00:00. “Gent” (Belçika) - “Qarabağ” (Azərbaycan)

İlk oyun - 0:1

00:00. “Bazel” (İsveçrə) - “Trabzonspor” (Türkiyə)

İlk oyun - 0:1

00:00. “Lex” (Polşa) - “Budo Qlimt” (Norveç)

İlk oyun - 0:0

00:00. “Fiorentina” (İtaliya) - “Braqa” (Portuqaliya)

İlk oyun - 4:0