İsraillə iqtisadi əlaqələri kəsmək istəyirik

Türkiyənin İrandakı səfiri Hicabi Kırlanqıç çərşənbə günü 24-cü İran Media Sərgisini ziyarət edib, İslam Respublikası Xəbər Agentliyinin (İRNA) stendində olub və İRNA-nın beynəlxalq sahə üzrə müxbiri ilə söhbətində deyib: “Oktyabrın 7-dən (Qəzzəyə qarşı sionist rejim müharibəsinin başlaması) sonra Türkiyə xalqı İsrail şirkətləri ilə iqtisadi əlaqələri kəsmək üçün özəl sektora təzyiq göstərdi və Türkiyə şirkətlərinin həmin şirkətlərlə əlaqələri də xeyli azaldı.”

Türkiyəli diplomat əlavə edib ki, Türkiyənin özəl sektorunun İsrail rejimi ilə iqtisadi əlaqələri məhdud şəkildə davam edir və bu da hökumətin iradəsi xaricindədir. Türkiyə şirkətlərinin əksəriyyətinin bu rejimlə əlaqələri kəsilib və yalnız bəzi beynəlxalq şirkətlər sionist şirkətlərlə əməkdaşlığı davam etdirir.

H. Kırlanqıç müsahibəsinin digər hissəsində deyib: “İran və Türkiyə arasında siyasi münasibətlər müxtəlif tarixi dövrlərdə eniş-yoxuşlarla müşayiət oluna bilər, lakin mədəni-ictimai baxımdan münasibətlərimiz həmişə yüksək səviyyədə olub və bu əlaqələr qırılmazdır.”