İsrailin keçmiş nüvə məmuru: "İran bizim özümüzü necə məhv etməyimizi izləyir"

İsrailin nüvə enerjisi komitəsinin keçmiş sədrinin sözlərinə görə, İranın İsraili məhv etmək üçün nüvə gücünə ehtiyacı yoxdur, çünki israillilər özlərini öz əlləri ilə məhv edirlər.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İsrail rejimin Nüvə Enerjisi Komitəsinin keçmiş sədri Zaev Senir, Yediot Aharonot qəzetində Netanyahuya yazdığı açıq məktubda “Netanyahu bəyan edib ki, onun kabinetindəki məhkəmə islahatları İsrailin İran və digər təhlükələrlə mübarizə qabiliyyətini artıracaq.” yazıb.

Pilot briqada generalı rütbəsi ilə orduda keçmişi olan Benyamin Netanyahuya mesajında onun rejimin məhkəmə sistemini zəiflətmək planına qarşı olduğunu bildirərək, bu planın özünün İsraili hədəf aldığını və İranın bizi məhv etməsinə ehtiyac olmadığını vurğulayıb.

"Yediot Aharanot" qəzetində dərc olunan məktubunda Senir vurğulayıb: "İranlılar və digər düşmənlər burada baş verənləri heyrətlə izləyirlər. Onların heç birinə daha bizi məhv etmək üçün nüvə silahı lazım deyil, onlara yalnız səbirlə oturub özümüzü necə məhv etməyimizi seyr etməyi lazımdır.”

Netanyahu Nazirlər Kabinetini formalaşdırarkən 4 əsas məqsədi açıqlamışdı: “İran, daxili təhlükəsizlik, qiyməti artırmaq və barışıq miqyasını genişləndirmək” və biz onların arasında məhkəmə islahatlarının olmadığını görürük.

Qeyd edək ki, Nüvə Enerjisi Komitəsinin sədri sionist rejimin ali nüvə orqanıdır və həmçinin Dimona elektrik stansiyası və rejimin nüvə arsenalına cavabdehdir.