İki həftə ərzində İsrailin dörd əsgəri özünü öldürüb. Onların Qəzzada müharibədə iştirak etdikdən sonra bu addımı atdıqları bildirilir.
“Haaretz” çərşənbə günü bildirib ki, əsgərlərdən ikisi həqiqi hərbi xidmətdə olan çağırışçılardır. Digər ikisi isə Qəzzada həftələrlə davam edən döyüşlərdən sonra bu yaxınlarda təxris edilmiş ehtiyatda olan hərbçilər olub.
Çərşənbə axşamı beşinci əsgər intihara cəhd kimi görünən hadisə nəticəsində ağır yaralanıb, “The Times of Israel” xəbər verir.
Qəzzada müharibə başlayandan bəri İsrail qüvvələrinin ən azı 17 000-i uşaq olmaqla 58 000-dən çox fələstinlini öldürdüyü bildirilir. O vaxtdan bəri İsrail əsgərləri arasında intiharların sayı nəzərəçarpacaq dərəcədə artıb.
“Haaretz”də dərc olunan məlumatlara görə, müharibə başlayandan bəri 43 əsgər, o cümlədən bu il 14 əsgər intihar edib.
Təkcə 2024-cü ildə 21 əsgər intihar edib ki, bu, 2011-ci ildən bəri ən yüksək illik göstəricidir.
İki həftə ərzində İsrailin dörd əsgəri özünü öldürüb