İran sərhədinə yaxın Zəngəzur dəhlizinin 100 il müddətinə Amerika şirkətinə verilməsini təklif edən ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın bəyanatına Ermənistan cavab verib.
ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak Nyu Yorkda keçirdiyi brifinqdə İran sərhədinə yaxın Zəngəzur nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyə hazır olduqlarını açıqlayıb.
“ABŞ olaraq biz bu 32 kilometrlik yolun 100 il müddətinə icarəyə götürülməsini və bütün tərəflər tərəfindən istifadə olunmasını təklif edirik”, - diplomat bildirib.
Bunun ardınca Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın təklifini rədd edərək, regionda nəqliyyat əlaqələrinin açılması məsələsinə yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və hüquqi səlahiyyətləri çərçivəsində baxdığını bir daha vurğulayıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Bağdasaryan “Armenpress” xəbər agentliyinə deyib ki, “Sözügedən terminologiya Ermənistan Respublikası üçün qəbuledilməzdir. Dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan regional infrastrukturların açılması məsələsini yalnız öz suverenliyi çərçivəsində qura bilər” deyib.
Erməni rəsmisi bəyan edib ki, "Ermənistan heç vaxt və heç bir halda heç bir üçüncü tərəfin başqa ölkənin suveren ərazisi üzərində nəzarəti ələ keçirməsini müzakirə etməyib və müzakirə etmir. Ermənistan ərazisinin heç bir hissəsi ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından ayrı hesab edilə bilməz".
Ermənistan ABŞ-ın təklifini rədd edib