İraqın xarici işlər naziri Fuad Hüseyn BMT kürsüsündən İsrailin baş naziri Binyamin Netanyahunun ölkəsindəki müxtəlif qruplara qarşı təhdidlərini kəskin şəkildə pisləyib. Hüseyn bəyan edib ki, istənilən iraqlıya qarşı hər hansı sui-qəsd bütün ölkəyə hücum kimi qiymətləndiriləcək.
İsrail hökumətinin təhdidlərinə Qərbi Asiya ölkələrindən sərt reaksiyalar gəlməkdə davam edir. İraqın xarici işlər naziri Fuad Hüseyn İsrail rejiminin baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasında "İraqdakı milis qruplarının başçılarını məhv etməklə" hədələməsinə reaksiya verib.
İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına görə, Hüseyn Netanyahunun açıqlamalarına işarə edərək, Bağdadın suverenliyi və vətəndaşlarının təhlükəsizliyini hədəf alan hər hansı təhdidi rədd etdiyini bildirib.
O, “İraqlılara qarşı hər hansı bir hücum bütün İraqa hücum sayılacağını” deyib.
İraq Netanyahunun təhdidlərinə sərt cavab verib