İranın Hava Hücumundan Müdafiə Qüvvələri təlimlərə başlayıb

İranın Hava Hücumundan Müdafiə Qüvvələri “Ya Əli ibn-Abu Talib” şərti adı altında “Dövlət səmasının müdafiəsi 1401” ixtisaslaşmış təlimlərə başlayıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, məlumatı “Alalam” yayıb.

Məlumata görə, təlim İranın şimal-qərb, qərb, şərq, cənub, şimal və mərkəzi rayonlarını əhatə edir.

Təlimə İran Silahlı Qüvvələri Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Qüvvələri, İnqilab Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələri, Xatəmül-Ənbiya Birləşmiş Qüvvələrinin komandanlığı altında Hava Hücumundan Müdafiə Qüvvələrinin tağımları və texnikası cəlb olunub.

Təlim zaman nüvə obyektləri, elektrik stansiyaları, hərbi və iqtisadi obyektlərin qorunması tapşırıqları icra olunacaq.

Hərbi manevrdə 100-dən artıq döyüş təyyarəsi, pilotsuz uçan aparatları da iştirak edir.