Uranın zənginləşmə səviyyəsinin endirilməsi sanksiyaların tamamilə ləğv edilməsindən asılıdır.
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.
“Uranın zənginləşdirmə səviyyəsinin aşağı salınması bizə tətbiq edilən sanksiyaların tam ləğv edilib-edilməyəcəyindən asılıdır”,- Eslami bildirib.
O əlavə edib ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əlaqələri davam edir.
“Əlaqələrimiz var. Lakin, AEBA hələ də nüvə təsisatlarımıza qarşı hücumla bağlı etməli olduğu şeyi yerinə yetirməyib”,- Məhəmməd Eslami vurğulayıb.
O qeyd edib ki, uranın ölkədən çıxarılması gündəlikdə olmayıb, əgər olubsa da, bunu bəzi ölkələr İran-ABŞ dialoquna töhfə vermək üçün təklif ediblər.
“Lakin belə bir mövzu ABŞ-la dialoqlarda müzakirə edilməyib”,- İranın Atom Enerjisi Təşkilatının rəhbəri bəyan edib.
İranın Atom Enerjisi Təşkilatı: Uranın zənginləşdirmə səviyyəsinin azaldılması sanksiyaların ləğvinə bağlıdır