İran Suriyaya “Khordad 15” Hava Hücumundan Müdafiə Sistemi ixrac edəcək

Operativtv.com Rasthaber - ə istinadən xəbər veir ki, İran dövlət televiziyası fevralın 22-də Tehrana rəsmi səfər edən Suriya müdafiə naziri Əli Mahmud Abbas və onun yüksək səviyyəli hərbi heyətinin İranla müdafiə sahəsində əməkdaşlıq müqavilələri imzaladığını açıqlayıb.

İran və Suriya arasında imzalanan hərbi əməkdaşlıq çərçivəsində İranın Suriya hava məkanını İsrail rejiminin hücumlarından qorumaq üçün Suriyaya “Xordad 15” hava hücumundan müdafiə sistemi və elektron döyüş texnikası ixrac edəcəyi bildirilib. Suriyanın hava məkanını gücləndirmək və yenidən strukturlaşdırmaq məqsədi daşıyan razılaşmada Suriyanın döyüş təyyarələri tərəfindən istifadə olunacaq dəqiq idarə olunan bombalara və sionist rejimin hücumlarına qarşı müdafiə qabiliyyətini artırması lazım olduğu vurğulanıb.

Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və onun yüksək rütbəli hərbi rəsmiləri fevralın 22-də Tehrana rəsmi səfər ediblər. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşən Suriya müdafiə naziri Abbas Suriyanın hava məkanını gücləndirmək istədiklərini və iki ölkə arasında bütün hərbi imkanlardan istifadə edəcəklərini bildirib.