HƏMAS lideri Haniyədən "atəşkəs"lə bağlı açıqlama

HƏMAS lideri İsmayıl Haniyə İsraillə atəşkəs razılaşmasına 'gəlməyə yaxın olduqlarını' və cavablarını bu məsələdə vasitəçilik edən Qətərə çatdırdıqlarını söylədi.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, HƏMAS-ın Telegram hesabında hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin atəşkəslə bağlı verdiyi açıqlama yer alıb.

Haniyə deyib:

"Hərəkat Qətərdəki qardaşlarına və vasitəçilərinə cavab verdi. Atəşkəs razılaşması əldə etməyə yaxınıq".

Sionist İsrailin Fələstinə hücumları artıq heç bir sərhəd tanımır. Oktyabrın 7-dən bəri 2 milyondan çox dinc sakinin yaşadığı Qəzzanı bombalarla yerlə-yeksan edən İsrail xəstəxanaları, təcili yardım maşınlarını, məktəbləri, universitetləri, kilsələri, məscidləri, qaçqın düşərgələrini və hətta qəbiristanlıqları vurur.

Hücumlar nəticəsində itkilər günü-gündən ağırlaşır.

46-cı gündür İsrailin hücumlarına məruz qalan Qəzza zolağında çoxlu bina dağıdılıb, minlərlə fələstinli ailə evsiz qalıb.