“Heç bir növbədənkənar parlament seçkiləri planlaşdırılmır, bu yalandır”.
Tbilisi meri Kaxa Kaladze jurnalistin “Gürcü Arzusu” tərəfdarlarının regionlarda insanlara növbədənkənar parlament seçkilərinin keçiriləcəyini deməsi ilə bağlı sualına belə cavab verib.
O, qeyd edib ki, parlament seçkiləri 2028-ci ilə qədər olmayacaq.
“Adi bir cəfəngiyyatdır, heç bir növbədənkənar seçki yoxdur. Seçkilər vaxtı çatanda keçiriləcək. 2028-ci ilə qədər gözləyin, o zaman parlament seçkiləri olacaq. Deməli, siz yalan, saxtakarlıq yaymaqla məşğulsunuz. Əlinizdə heç bir sübut yoxdur. ‘Güclü Gürcüstan’ və siz birsiniz, bir-birinizdən heç nə ilə fərqlənmirsiniz. Siz radikalların nümayəndələrisiniz, vətənsiz agentlərsiniz. Heç bir növbədənkənar parlament seçkiləri planlaşdırılmır, bu yalandır, saxtakarlıqdır”, – deyə Kaxa Kaladze vurğulayıb.
“Heç bir növbədənkənar parlament seçkiləri planlaşdırılmır, bu yalandır”