Moskvada yürüş keçirilir

Rusiyada Telegram mobil mesajlaşma əlavəsinin bloklanlanmasına etiraz olaraq aprelin 30-da Moskvada yürüş başlayıb.

 
Müxalif siyasətçi Aleksei Navalny minlərlə etirazçı arasındadır.

Yürüşü Rusiya Libertarian Partiyası təşkil edir. Partiya Telegram-ın bloklanmasını "milli utanc” adlandırıb.

Partiya vebsaytında bütün iştirakçıları özləriylə Telegram-ın loqosu olan kağız təyyarə gətirmələrini istəyib.

Aprelin 16-da mediaya nəzarət edən dövlət qurumu olan Roskomnadzor Telegram-ın bloklanmasıyla bağlı məhkəmə qərarının icrasına başlayıb. Telegram istifadəçilərin yazışmalarının şifrə kodunu Federal Təhlükəsizlik Xidmətinə (FSB) vermədiyinə görə bu qadağaya məruz qalıb. O vaxtdan Telegram tərəfdarları mənzillərindən, ya da FSB-nin Moskvadakı qərargahına kağız təyyarələr atmaqla etirazlarını bildiriblər.

Telegram istifadəçilərin gizliliyinin qorunmasıyla bağlı narahatlığını əsas gətirib, ancaq qadağaya baxmayaraq əlavənin işləyəcəyini bildirib.

Moskva meriyası yürüşə icazə verməyib.

toplum.tv