Gürcüstan prezidenti Bakıda - Foto

Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Salome Zurabişvilini Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.