NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Gürcüstan gələcəkdə alyansın üzvü olacaq.
Teleqraf.com xəbər verir ki, Baş katib bu məsələnin NATO-nun 11-12 iyulda Brüsseldə keçirilən sammitində bir daha təsdiqləndiyini bildirib. O qeyd edib ki, alyans bu prosesə hazırlığı davam etdirir.
“Biz Gürcüstanın avroatlantik təmayülünü tam dəstəkləyirik, Gürcüstan NATO-nun üzvü olacaq. Bizim liderlər dünən bunu təsdiqlədilər. Biz sizinlə üzvlüyə hazırlıq prosesi istiqamətində işi davam etdiririk”, – deyə Baş katib qeyd edib.
O əlavə edib ki, müttəfiqlər dünənki birgə bəyanatda Gürcüstanın həyata keçirdiyi islahatları qiymətləndiriblər.
Qeyd edək ki, Baş katib bu gün səhər Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə mətbuata birgə bəyanatında bu fikirləri səsləndirib.
Gürcüstan NATO-nun üzvü olacaq

Oxşar xəbərlər