Fətullah Gülən öldürülərək yəhudi qəbirstanlığında basdırılıb - İddia

İlahiyyatçı professor Dr. Cevat Akşit Fətullah Gülənin öldüyünü iddia edib.

İlahiyyatçı professor Dr. Cevat Akşit Fətullah Gülən barədə şok iddia irəli sürüb. O bildirib ki, Fətullah Gülən Nyu Cersidə dəfn olunub.

"SuperHaber"-ə müsahibə verən Cevat Akşit: "Gizli şeylər söylətdirirsən mənə... FETO öldürüldü, sağ deyil. Nyu Cersidə yəhudi qəbistanlığında basdırılıb. Onu ölkəyə ekstradisiya edəcəkdilər, bizim polislər indi onun öldüyünü bilirlər. Burada bir keşiş var, onu verməsəz, Fətullahı verməyəcəyik deyirlər. Öldürdülər onu, çoxdan ölüb. Basdırıldığı yeri də bilirəm. Nyu Cersidə yəhudi qəbistanlığndadır. Kəşfiyyatda xüsusi adamın varsa get soruş! Yox oldu getdi!"