Türkiyənini “Sözcü” qəzetinin Doğan İnformasiya Agentliyinə istinadən verdiyi təcili xəbərə görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə (TEM) Şöbəsinin FETÖ-nün xarici ölkələrdəki strukturları üzrə fəaliyyəti nəticəsində təşkilatın Batum üzrə məsul şəxsi Mustafa Ceylan Azərbaycandan ekstradisiya olunub.
Həmin məlumatda qeyd edilir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin FETÖ beynəlxalq strukturlarına qarşı apardığı təhqiqatda terror təşkilatının mühüm şəxslərindən hesab edilən Mustafa Ceylanın Acarıstanın paytaxtı Batumda olduğu dəqiqləşdirilib. Konya 9-cu Ağır Cəza Məhkəməsi və Aksaray 1-ci Sülh Cəza Məhkəmələri tərəfindən “silahlı terror təşkilatının üzvü olmaq” ittihamı ilə həbs qərarı çıxardığı M. Ceylanın Batumda təşkilatın adından fəaliyyət göstərdiyi təsbit edilib. Lakin M.Ceylan axtarışda olduğunu yəqin edərək Batumdan Bakıya qaçıb.
TEM dəstələrinin beynəlxalq fəaliyyət və əməkdaşlıq əlaqələri sayəsində onun Azərbaycanın paytaxtı Bakıda olduğu müəyyən edilib və Türkiyənin tələbi ilə 2017-ci ildə Mustafa Ceylan həbs olunub. Təxminən 1 ildir Bakıda həbsdə saxlanılan Mustafa Ceylan “İnterpol”un Türkiyə Şöbəsinin kanalları aparılan fəaliyyətlər nəticəsində “İnterpol”un Azərbaycan nümayəndələri tərəfindən “Atatürk” hava limanına gətirilib.
M. Ceylan Hava limanından birbaşa İstanbul Polis İdarəsinin Vətən küçəsində binasına aparılıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarına ifadə verən Mustafa Ceylan Aksaray 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən həbs olunub.
Onu da qeyd edək ki, 2017-ci ildən Bakıda həbs olan Mustafa Ceylanın 1 ildən sonra və məhz indi təhvil verilməsi FETÖ ilə bağlı Azərbaycanda bəzi açıq sualları gündəmə gətirir.
Azərbaycanda tutulan FETÖ üzvü Türkiyəyə verildi

Oxşar xəbərlər