Fətullah Gülən FTB-dən yardım istəyib

Türkiyədə "15 iyul" çevrilişinin təşəbbüskarı kimi təqdim olunan Fətullah Gülən Birləşmiş Ştatların Federal Təhqiqatlar Bürosuna (FTB) yardımla bağlı müraciət edib. Bu barədə "haber7" portalı məlumat yayıb.

Fətullah Gülənin FTB-dən yardım istəməsinə səbəb Pensilvaniya ərazisində "Florense" qasırğasının aktivləşməsidir. "FETÖ" şəbəkəsinin lideri mümkün evakuasiya zamanı evini tərk edəcəyi təqdirdə oğurlanmaq və sui-qəsdə məruz qalmamaq üçün Amerikanın hüquq-mühafizə orqanından zəmanət istəyib.

FTB-nin edilən müraciətə müsbət cavab vermədiyi deyilir.