Fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.
 
"Report"un verdiyi məlumata görə, hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib.
 
Belə ki, təxminən 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.