Bakıda yaşayış binasında yanğın başlayıb

Bakıda çoxmərtəbli binada yanğın başlayıb.

Femida.az xəbər verir ki, hadisə Yasamal rayonu, H.Cavid prospekti 201 ünvanında yerləşən çoxmərtəbəli binada başlayıb.

Hazırda əraziyə yanğınsöndürənlər briqadası, təcili tibbi yardım xidmətinin həkimləri cəlb olunub.

Yanğın davam edir.