Keçmiş ANS-çi intihar etdi

Sumqayıt şəhərində dəniz kənarından ANS TV-nin keçmiş əməkdaşı Pərviz İlqar oğlu Quliyevin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, sözügedən şəxs bir neçə gündür itkin düşmüşdü. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilmişdi.

Məlum olub ki, Pərviz Quliyev dəniz kənarında yerləşən məkanların birində kəndirlə özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.