Sumqayıtda torpaq uçqunu - 1 nəfər öldü

Sumqayıtda 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

Report-a istinadən xəbər verilir ki, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsada, 1 nəfər, 1986-cı il təbəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.