Eldar Əzizov Bakı şəhər icra hakimiyyəti başçısı təyin edilib

Dövlət başçısının 15 noyabr tarixli sərəncamı ilə Eldar Əzizov Bakı şəhər icra hakimiyyətinin başçısı təyin edilib. Bu barədə Azərbaycan prezidentinin saytında yer alan məlumatda deyilir.

Bu günə qədər Eldar Əzizov şəhərin icra başçısının birinci müavini olaraq icra başçısı vəzifələrini yerinə yetirirdi.

Daha əvvəl o, paytaxtın Səbail rayonunun icra hakimiyyətinə, ondan əvvəl isə Sumqayıt və Gəncə şəhər meriyalarına rəhbərlik edib.