Eldar Əzizov kollektivə təqdim olundu

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunan Eldar Əzizov bu gün kollektivə təqdim olunub.

E. Əzizovu kollektivə  Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə şəhər icra hakimiyyətinin kollektivindən başqa Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin başçıları, Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Bakı şəhər prokuroru iştirak edib.

Publika.az