Eldar Əzizov: "Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlanır"

"Hazırda mütəxəssislər Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlayır, rəy formalaşıb. Sadəcə olaraq vaxt tələb olunur”.
 
"Report”a istinadən xəbər verilir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov deyib.
 
Onun sözlərinə görə, baş verən hadisə təbii prosesin nəticəsidir: "İnsan amili bunu yalnız sürətləndirə bilər. Sürüşmə baş verəndə, adətən, günahkarı axtarıb tapmağa çalışırlar. Ola bilər kimsə öz fəaliyyəti ilə buna təkan verə bilər. Lakin belə hadisələr hətta daş dövründə, eləcə də XVIII əsrdə də olub. Bu gün baş verənlərin qarşısını tam həcmdə almaq çətin məsələdir. Hər halda həm yerli, həm də xarici mütəxəssislər xüsusi layihənin üzərində işləyir və ictimaiyyətə əlavə məlumatlar veriləcək”.