Avqustun 31-də Bakı şəhərində binaların eyvanlarında quraşdırılmış zivələrin yığışdırılması barədə qərar verilib.
“Operativ.tv” şəhər sakinlərinin qərara münasibətini öyrənmək məqsədilə sorğu keçirib.
1) Sizcə Bakı Şəhərində daha əhəmiyyətli hansı işləri görmək olar?
2) Sizcə Hacıbala Abutalıbov daha yaxşı icra başçısı idi ya belə yeniliklər gətirən Eldar Əzizov?
Sakinlərin cavabı müxtəlif olub. Bu qadağanın Bakının bütün rayonlarına şamil olunacağı bildirilir. Hazırda Mənzil İstismar İdarələri(MİS) və Mənzil Təsərrüfat Birliyi (MTB) işçiləri binalarda bu işlə bağlı reyd keçirirlər. Sakinlərdən tələb olunur ki, iki eyvanlı evə sahib olanlar paltarlarını küçəyə yox, həyətə baxan eyvandan assınlar. Həyətlərə baxan eyvanı olmayanların isə eyvanda quruducu asılqanlardan istifadə etməsi tələb olunur. Qeyd edək ki, eyvana paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Bu qərar Bakı şəhər icra başçısı vəzifəsini müvəqqəti yerinə yetirən Eldar Əzizova məxsusdur. E.Əzizov Gəncə şəhər icra başçısı vəzifəsinə gələndə də ilk qərarlarından biri binaların prospektlərə baxan mənzillərindən zivələrin yığışdırılması olmuşdu. Eyni qərarı Sumqayıt icra başçısı olanda da sözügedən şəhərdə tətbiq etmişdi.
"Hacıbala Abutalıbov yedi doydu, indi də Eldar Əzizov yeyər" - Video

Oxşar xəbərlər