Azərbaycan Dövlət Sərhəd Xidmətinin avqust ayının 10-dan 18-dək davam etmiş “Xəzər dənizinin Azərbaycana mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təlimi bir sıra yeni silah və texnikaların tətbiqi ilə diqqət çəkib.
“AzeriDefence”nin DSX-nin yayımladığı təlim fotoları əsasında apardığı müşahidələrə görə, bu dəfəki təlimlərdə daha çox dəqiq silahların və müasir pilotsuz uçuş aparatlarının müxtəlif əməliyyat ssenarilərində tətbiqi önə çıxıb.
Təbii ki, təlim dənizlə bağlı olduğundan burada DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə son illərdə inşa edilmiş “Şahdağ” və “Tufan” layihəli gəmilər mərkəzdə yer alıb. Eləcə də təlimin gedişatında DSX aviasiya dəstəsinin helikopterlərindən dənizdə xilasetmə, sahilə xüsusi təyinatlıların çıxarılması, havadan atəş dəstəyinin verilməsi kimi fəaliyyətlər icra edilib.
Təlimin görüntülərindən məlum olduğu qədər əsas yenilik yuxarı hündürlükdə, uzun müddət havada qala bilən “Hermes-900” PUA-ların və “Harop” kamikadze PUA-ların, həmçinin uzaq məsafəli müşahidə-nəzarət sistemlərinin tətbiqi olub.
Geniş miqyaslı əməliyyatların havadan kəşfiyyatını təmin edilməsində istifadə edilən “Hermes-900” taktiki PUA-lar DSX-nin son illərdə silahlanmaya qəbul etdiyi müasir komplekslər arasında yer alır. Hazırda dünyanın 7 dövlətinin silahlanmasına daxil olan “Hermes-900”ün uzunluğu 8.3 metr, qanad açıqlığı 15 metr təşkil edir. Maksimum sürəti 220 km/saat, kreyser sürəti 112 km/saatdır. PUA 9100 metr yüksəklikdə, hətta buludların üzərindən müşahidələr aparmaq imkanına malikdir. Havada 36 saat fasiləsiz uçuş həyata keçirən “Hermes-900”ün faydalı yükü 350 kq təşkil edir.
PUA-nın sahib olduğu geniş sahə müşahidə sistemi eyni anda 40 kv. km ərazidə 100-dən artıq hədəfi izləməyə imkan verir. Bundan başqa, “Hermes-900” ELİNT/SİGİNT avadanlıqları ilə təchiz oluna bilir.
Araşdırmalar göstərir ki, hazırda postsovet məkanında Azərbaycanddan başqa, Rusiya daxil olmaqla heç bir dövlət bu tip unikal imkan və qabiliyyətlərə malik PUA-ya sahib deyil.
“Harop”la nöqtə atışı
Təlimlərin ən mühüm və maraq doğuran yeniliyi isə “Harop” kamikadze PUA sayıla bilər. Bundan əvvəl “Harop” 2017-ci ildə DSX Sahil Mühafizəsinin bazasında prezident İlham Əliyevə nümayiş etdirilib. İctimaiyyət qarşısında ilk nümayişi isə iyun ayının 26-da Bakı şəhərində Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda olub.
Kamikadze PUA, yaxud da “gəzən sursat” (loitering munition) adı ilə beynəlxalq səviyyədə sinifləndirilən “Harop” İsrael Aerospace İndustry (İAİ) şirkəti tərəfindən istehsal edilir. Uçuş müddəti 6 saat təşkil edən “Harop” 23 kiloqramadək fərqli döyüş başlığına malikdir. Azərbaycan üçün MAZ avtomobilinin şassisində qurulmuş xüsusi konteynerlərə qablaşdırılıb. “Harop” yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, habelə anti-radar sisteminə mailk olması ilə fərqlənir. PUA olaraq atışla havalanan “Harop” hədəfi aşkar etdikdən sonra ona yönləndrilir və hədəfə çırpılmaqla, yaxud üzərində bəlli məsafədə partlatma ilə həfəfin məhvini həyata keçirir. Uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə ilə mübarizə üçün nəzərdə tutulan “Harop”un sürəti 185 km/saat, uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr, uçuş məsafəsi 200 km təşkil edir.
Hazırda postsovet və Cənub-Şərqi Avropa coğrafiyasında yalnız Azərbaycanın silahlanmasında yer alan “Harop” öz texniki-taktiki xarakteriskalarına görə, hərbi əməliyyatlarda tətbiq olunan kamikadze PUA-ların ən yaxşısı hesab edilir.
Parametrlərinə görə, bəzən strateji silahlar sinfinə də aid edilən “Harop” vasitəsi ilə düşmənin cəbhənin yüz kilometrlərlə dərinliyindəki istənilən stasionar və mobil (hərəkətli) hədəflərini “nöqtə atışı ilə” məhv etmək mümkündür. Bura hərbi hissələr, raket bazaları, HHM sistemləri, düşmənin hərəkət edən hərbi kalonları və s. daxildir. Dağlıq zonalarda və uzaq məsafədəki hədəflərin yüksək dəqiqliklə məhv edilməsi üçün “Harop” havaya qaldırılan digər PUA-ların retranslyator imkanlarından da yararlana bilir.
Texniki imkanları “Harop”u bir neçə yüz kilometr uzaqlıqdan istənilən obyektin pəncərəsindən içəri salmağa imkan verir. Aprel döyüşlərinin gedişatı göstərdi ki, hazırda Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilmiş HHM sistemləri bu “kamikadze PUA”ya qarşı effektiv mübarizə aparmaq imkanına malik deyil.
Aprel “şovalyesi”
DSX tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağda “Harop”lardan uğurla istifadə edilməsi taktik sinifə daxil olan bu sistemlərin dünyada bilinən ilk geniş çaplı döyüş tətbiqidir.
Aprelin 3 və 4-də düşmənin artilleriya briqadası, qərargah binaları vı bir çox dayaq nöqtələri məhv edilib. Aprel ayının 4-də cəbhədə gərgin döyüşlərin getdiyi saatlarda DSX tərəfindən həyata keçirilmiş “Harop” atışı nəticəsində Sisyandan Ağdərə rayonu istiqamətində döyüşlədə iştirak üçün gələn erməni könüllülərini daşıyan avtobus və düşmənin Suqovuşan (Madagiz) kəndindəki komanda-idarəetmə məntəqəsi vurulub. Nəticədə komanda-qərargah məntəqəsində aralarında düşmənin yüksək rütbəli zabitləri (polkovnik və generallar daxil olmaqla) olmaqla çox sayda hərbçisi məhv edilib. Qərargah binası dağıdılıb. Avtobusun vurulması nəticəsində isə Qarabağa döyüşməyə gələn çox sayda (məlumatlara görə 70-dən çox) “qoca” silahlı məhv edilib.
Eləcə də sonrakı günlərdə düşmənin nəzarətində olan Xocalı aeroportuna da “Harop” atışları gerçəkləşdirilib.
Aprel döyüşlərində “Harop”un tətbiqi əslində ermənilər üçün gözlənilməz olmuşdu. “Harop”un ilk taranını hadisədən qısa müddət sonra şərh edən Ermənistan müdafiə nazirliyinin sözçüsü Arçrun Hovannisyan “Azərbaycana məxsus PUA-nın vurulması” kimi təqdim etsə də, az sonra “Azatutyun” radiosunun yaydığı görüntülərlə “Harop”un “erməniləri ovladığı” üzə çıxdı. Bundan sonrakı günlərdə erməni telekanalları tərəfindən çəkilən görüntülərdə, eləcə də həvəskarcasına çəkilmiş videolarda “Harop”un səsini eşidənlərin dərhal ətrafa dağılışması və gizlənmələri əksini tapır.
Aprel döyüşləri ilə bağlı KİV-ə danışan erməni hərbçilərinin çıxışlarında da “Harop”un “səsi” aydın duyulur. Hətta kamikadze taranından 45% bədən yanığı ilə salamat qalan ehtiyatda olan polkovnik-leytenant rütbəli zabit “Harop”u adi PUA ilə qarışdırıb “poza” verən 9 könüllünün ani hücumdan həlak olduğunu anladır.
Aprel döyüşlərində cəbhədə psixoloji vəziyyətin dəyişilməsində “Harop” atışlarının mühüm rolu olub. Erməni hərbi həkimləri də aprel döyüşlərinin KİV-ə müsahibələrində bu PUA-nın “səsinin əsəbləri oynatdığını, vahimə doğurduğunu”, “Harop”la vurulanların “sağ qalma ehtimalının çox az olduğunu” dilə gətirirlər.
DSX-nin dəniz təlimində yeni silahlar sınaqdan çıxarıldı – Foto

Oxşar xəbərlər