DSX sərhəddə ekskavatorçunun həlak olduğunu bildirib

Təmas xəttində mülki şəxs həlak olub.
 
Bu barədə məlumatı Dövlət Sərhəd  Xidməti yayıb.
 
Məlumatda deyilir ki, oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulmuşdur. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası almışdır.
 
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunmuş, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır.
 
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.