24 September 2026

Avropa Komissiyası Rusiyanın G20 görüşlərində iştirak hüququnu təsdiqləyib

Rusiya "Böyük İyirmiliy"in (G20) üzvü kimi qrupun görüşlərində iştirak etmək hüququna malikdir.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olaf Qill Brüsseldə keçirilən brifinqdə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət edilməsini şərh edərkən bildirib.

"Rusiya G20-nin üzvü olaraq qalır. Buna görə də G20-nin görüşlərində iştirak etmək hüququna malikdir", - o bildirib.

Əbdül-Malik əl-Husi İslam dünyasına müraciət etdi: Özünüzü bizim yerimizə qoyun!

Seyid Əbdül-Malik əl-Husi 21 Sentyabr İnqilabının ildönümü münasibətilə verdiyi bəyanatda Səudiyyə Ərəbistanının ABŞ dəstəkli hücumlarını pisləyib və beynəlxalq ictimaiyyətin ikiüzlülüyünü sərt şəkildə tənqid edib. Əl-Husi vurğulayıb ki, İsrailin hücumları qarşısında susan təkfirçi qrupların Suriyadan Yəmənə köçürülməsi istiqamətində səylər göstərilir.

Hacı Abgül Süleymanov 30 sutka inzibati cəza alıb

Təhsil ocaqlarında hicabın məhdudlaşdırılmasına etiraz edən ilahiyyatçı Hacı Abgül Süleymanov 30 sutka inzibati cəzaya məhkum edilib.

Bu barədə ilahiyyatçının yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, Bakı Şəhəri Baş Polis İdarəsində saxlanılan Abgül Süleymanov polisə itaətsizlik maddəsi ilə ittiham olunaraq 30 sutka inzibati həbs cəzası alıb.

Samir Aşurovun təcridxanasında fiziki təzyiqə məruz qaldığı bildirilir

Almaniyadan Azərbaycana deportasiya ediləndən sonra həbs olunan siyasi fəal Samir Aşurovun saxlanıldığı 1 saylı Kürdəxanı Təcridxanasında fiziki təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə fəalın yaxınları sentyabrın 23-də sosial media hesablarında məlumat yayıblar.

Yaxınlarının sözlərinə görə, hadisə Aşurovun təcridxana zabitinə adı ilə müraciət etməsindən sonra baş verib.

Avropa İttifaqı Şurası Ermənistana ticarət güzəştlərini rəsmən qəbul edib

Avropa İttifaqı Şurası Ermənistana müvəqqəti ticarət güzəştlərini rəsmi olaraq qəbul edib.

Bu barədə Aİ Şurası məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər Rusiyanın ticarət məhdudiyyətləri fonunda Ermənistan məhsullarının ixracatının 80%-nin Avropaya həyata keçirilməsini asanlaşdıracaq.

Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi

İlahiyyatçı Tale Bağırzadə həbsxanadan İlham Əliyevə anlaşma təklifi ünvanlayıb. Media vasitəsilə yayılan mətndə deyilir:

“Rəhman və Rəhim Allahın adı ilə.

Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur.

İranda 30 milyondan çox "Fədai" müdafiəyə hazırdır

İranın Səfərbərlik Təşkilatının rəhbəri Hüseyn Taib 30 milyondan çox "Fədai"nin (fədakar könüllülər) müdafiə sahəsində əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.

Taib "İran Fədailəri" təliminin üçüncü mərhələsinin başladığını və bu qüvvələr üçün nəzərdə tutulmuş ilk ixtisaslaşdırılmış bazanın fəaliyyətə başladığını elan edib.

Suriyadakı bufer zona əbədi olaraq İsrailin nəzarətində qalacaq

İsrail hərbçiləri hələlik Suriyanın cənubundakı bufer zonadan çıxmağı planlaşdırmır.

The Times of Israel" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Katsın sözlərinə görə, İsrail sərhəddə və ölkə vətəndaşları üçün cihadçı təhlükəsi qalmaqda davam etdiyi müddətdə Hermon dağında və təhlükəsizlik zonasında hərbi mövcudluğunu qoruyub saxlayacaq.

Rusiyanın Kiyevə kütləvi raket hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Rusiya qüvvələrinin Kiyevə kütləvi raket hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Ukrayna tərəfinin məlumatına görə, hücum zamanı Kursk, Bryansk və Voronej vilayətlərindən ballistik və hipersəs raketləri buraxılıb. Paytaxtın bir neçə rayonunda raketlərin və onların qalıqlarının düşdüyü yerlər qeydə alınıb.

Hicab qadağası: Allahın əmrinə, insanın hüququna və vicdan azadlığına müdaxilə

Son günlər Azərbaycanda məktəblərdə hicablı şagird qızların geyimi ətrafında yaranmış müzakirələr cəmiyyətin diqqətini mühüm bir məsələyə yönəldib. Söhbət yalnız bir geyim formasından getmir. Burada söhbət insanın etiqadından, vicdanından, dini inancını yaşamaq hüququndan və ən əsası, uşaqların təhsil hüququ ilə dini etiqad azadlığının necə uzlaşdırılmasından gedir.

Mən bir ilahiyyatçı olaraq bu məsələyə ilk növbədə Quranın və İslamın prinsipləri baxımından yanaşıram.