"Kəpəz" "Turan Tovuz"u məğlub etdi
Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
"Kəpəz" Gəncə şəhər stadionunda "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 47-ci dəqiqədə Viktor Stinya vurub.
Günün digər matçında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 20:15-də başlayacaq.













