28 August 2026

Netanyahunun Türkiyə ilə bağlı növbəti bəyanatı!

İsrail Baş naziri Netanyahu canlı yayımda Türkiyə və Suriya ilə münasibətlərdən danışıb. O, Suriyanın işğalını "təhlükəsizlik zonası" adlandırıb.

İsrail Baş naziri Binyamin Netanyahu canlı yayımda Türkiyə və Suriya ilə münasibətlərdən danışıb. Netanyahu Türkiyə ilə birbaşa münaqişə axtarmadığını iddia edib. Bununla belə, o, ölkəsinin hərbi imkanlarını daim təkmilləşdirməli olduğunu iddia edib.

Avropa çempionatı: Rumıniya Bakıda İspaniyanı məğlub edib

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Günün ilk matçında Rumıniya İspaniyanı məğlub edib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma 3:0 hesabı ilə bitib.

Günün ikinci görüşündə Azərbaycan yığması Niderlandla üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək.

Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”

Mühacirətdə fəaliyyət göstərən müstəqil media qurumlarının sosial media hesablarına edilən hücumlarla bağlı birgə Bəyanat

Son günlər Azərbaycandan kənarda fəaliyyət göstərən bir sıra müstəqil media qurumlarının və ayrı-ayrı jurnalistlərin sosial media hesabları ardıcıl rəqəmsal hücumların və müəllif hüquqları ilə bağlı çoxsaylı şikayətlərin hədəfinə çevrilib.

Nigeriyanın müxtəlif şəhərlərində keçirilən 12 Rəbiul-Əvvəl yürüşündə milyonlarla insan iştirak edir

Əhli-Sünnənin məşhur rəvayətlərinə görə, Peyğəmbərimizin (s) doğum ildönümü olan 12 Rəbiul-Əvvəlin gəlişi ilə Nigeriyanın müxtəlif şəhərlərində milyonlarla insanın geniş iştirakı ilə bayram və yürüşlər keçirilib.

Hicri-qəməri təqvimi ilə 1448-ci il, Rəbiul-Əvvəlin 12-sinə təsadüf edən bu gün, Peyğəmbərim HZ. Muhəmmədin (s) doğum günü münasibətilə Nigeriyanın müxtəlif yerlərində yürüşlər təşkil edilib.

Karakas OPEK-dən çıxmaq üçün müzakirələrə başlayıb

Venesuela OPEC-dən (Neft İxrac Edən Ölkələr Təşkilatı-red.) çıxmağı ciddi şəkildə nəzərdən keçirir.

Məlumatı Bloomberg mənbələrə istinadən yayıb. Onların sözlərinə görə, Karakas bu məsələni ABŞ rəsmiləri ilə müzakirə edib, lakin hələlik yekun qərar verilməyib.

Agentlik qeyd edib ki, Venesuelanın OPEC-dən mümkün çıxışı ABŞ və digər ölkələrdən olan beynəlxalq neft şirkətləri üçün ölkədə daha geniş iştiraka yol aça bilər.

Əli Zeynal və Ramil Babayev həbsxanalardakı rüşvətdən yazır: Rəislərin qanunsuz gəliri: Kars-karantin və 2/3

“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşları Ramil Babayev və Əli Zeynal cəzaçəkmə müəssisələrindəki karantin bölmələri, cərimə kameraları (“kars”) və digər rüşvət halları barədə yazıblar.

İsrail əsgərləri 14 yaşlı qızın üzünə atəş açdı

İsrail ordusu işğal altındakı Fələstin torpaqlarında – İordan çayının qərb sahilində əraziyə genişmiqyaslı basqınlar, həbslər və qeyri-qanuni yəhudi miqrantların hücumları davam edir.

İsrail əsgərləri Əl-Xəlilin cənubundakı Əl-Karmel qəsəbəsində içərisində qadınların olduğu avtomobilə atəş açıblar. Nəticədə 1-i 14 yaşlı qız olmaqla, üç fələstinli qadın yaralanıb.

Kipr üçün yeni təhlükə; Sionistlərin xərçəngvari nüfuzu sürətlə genişlənir

İsrail rejim vətəndaşlarının Cənubi Kiprdə daşınmaz əmlak alışı və daimi məskunlaşmasının sürətlənməsi ciddi suallar gündəmə gətirib.

2021–2024-cü illərdə İsrail vətəndaşları Cənubi Kiprdə 3 851 daşınmaz əmlak alışı ilə diqqət çəkiblər.

İsrail və daha geniş yəhudi icmasının sayının hazırda 12–15 minə çatdığı bildirilir və sionistlərin Kiprdə xərçəngvari nüfuzu Fələstindəki məskunlaşma siyasəti ilə eyniləşdirilir.

Avropada “Patriot” raketlərinin çatışmazlığı “son dərəcə kritik” həddə çatıb

ABŞ hərbçiləri Avropada, xüsusilə “Patriot” sistemləri üçün müasir raketlərə olan ehtiyacın “son dərəcə kritik” səviyyəyə çatması ilə üzləşiblər.

"Associated Press" mənbələrə istinadən xəbər verir ki, bu vəziyyət NATO ölkələrinin mümkün təhlükələr qarşısında həssaslığı ilə bağlı narahatlıqları artırır.