11 August 2026

Ayxan İsrafilov cəzaçəkmə müddətini bitirərək azadlığa çıxıb

İşçi hüquqları fəalı Ayxan İsrafilov cəzaçəkmə müddətini bitirərək azadlığa çıxıb.

Bu barədə avqustun 11-də onun yaxınları məlumat yayıb.

Ayxan İsrafilov 2023-cü il avqust ayında saxlanılıb. O, narkotik vasitələrin əldə edilməsi və daşınması maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.

İranın” Məkkə Sazişi”nə qoşulması indiki vəziyyət üçün olduqca çətin görünür

Mehr-ə verdiyi müsahibədə türkiyəli ekspert bildirib ki, "İran və Səudiyyə Ərəbistanı arasında, xüsusən də Yəmən və regional təsir uğrunda mübarizə ilə bağlı ciddi fikir ayrılıqları var. Buna görə də Tehranın Səudiyyə Ərəbistanını əhatə edən təhlükəsizlik mexanizminə dərhal qoşulması asan deyil."

Fələstinli diplomat: Qəzzada şəhidlərin sayı 75.000-i keçib

Fələstin Muxtariyyətinin Moskvadakı səfiri çərşənbə axşamı bildirib ki, sionist rejimin hücumları nəticəsində 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında həlak olanların sayı 75.000-i keçib.

Fələstin Muxtariyyətinin Rusiya Federasiyasındakı səfiri Əbdülhafiz Nofəl çərşənbə axşamı Qəzza zolağında qurbanların sayı ilə bağlı yeni məlumatları paylaşıb.

İsrail növbəti dəfə atəşkəsi pozaraq Livanın cənubuna hücum edib

Atəşkəs və danışıqların formalaşdığı bir zamanda İsrail ordusu növbəti dəfə Livanın cənubunda “Hizbullah”ın bir bölməsinə qarşı əməliyyat keçirib.

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı əl-Mansuri kəndində “Hizbullah”ın istifadə etdiyi əməliyyat mərkəzinə hava zərbəsi endirib.

Suriyada İsrail hərbi obyektinə hücum olub

Suriyadakı "Uli əl-Bə" qrupu Dəra kənd ərazisindəki İsrail hərbi obyektini minaatan mərmiləri ilə hədəf aldığını açıqlayıb.

Yerli mənbələrə görə İsrail qüvvələri tez-tez Dəra və Quneytra əyalətlərinə daxil olur.

Bu əməliyyatlar zamanı müvəqqəti yoxlama məntəqələri yaradılır, mülki şəxslər və nəqliyyat vasitələri axtarılır, evlərə basqın edilir və bəzi sakinlər saxlanılır.