05 February 2026

"Qalatasaray"dan inamlı qələbə

Türkiyə Kubokunun A qrupunda "Qalatasaray" - "İstanbulspor" matçı keçirilib.

Üçüncü turun oyunu Okan Burukun yetirmələrinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

"Qalatasaray"a qələbə qazandıran qolları Mauro İkardi, Lukas Torreyra və Ahmed Kutucu vurublar.

"İstanbulspor"un təsəlli qolunun müəllifi isə Mendi Mamadu olub.

İslamofobiya: Qərb müsəlman qadınları susdurmağı qarşısına məqsəd qoyub

Ümumdünya Hicab Gününü təşəbbüs edən Nazma Xan, Qərbdəki İslamofobiyanın müsəlman qadınların səsini susdurmağı hədəflədiyini söyləyib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Nazma Xan İslamofobiyanın artıq zorakılıq və ya məcburetmə hərəkətləri ilə məhdudlaşmadığını, daha təhlükəli bir forma aldığını söyləyib.

Araik Harutyunyan və daha 4 nəfər ömürlük, Arkadi Qukasyan və Bako Saakyan isə 20 il həbsə məhkum edilib

Fevralın 5-də Bakıda keçirilən məhkəmə prosesində tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri və onlarla birlikdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda separatçı quruma rəhbərlik etmiş Araik Harutyunyan, “müdafiə naziri” Levon Mnatsakanyan, “müdafiə nazirinin birinci müavini” Davit Manukyan, “xarici işlər naziri” Davit Babayan və “siyasətçi” Davit İşxanyan qəti olaraq ömürlük azadlıqdan məhrum edilib.

Ayətullah Məkarim Şirazi: İmamət və Məhdəviyyətə inam şiəliyin təməl prinsipləridir

Ayətullah Məkarim Şirazi 21-ci Beynəlxalq Məhdəviyyət Doktrinası Simpoziumunda Məhdəviyyət ideyasının və İmamətə inamın şiəliyin təməl xüsusiyyətləri olduğunu vurğulayıb. İmam olmadan bəşəriyyətin hidayət yolunu azacağını bildirən Məkarim Şirazi, zülm və xaos mühitində həqiqi ardıcılların zühur etməsi üçün İmamın zühuruna inamın əhəmiyyətinə diqqət çəkib.

Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. 

Fevralın 4-də ilk iclasını keçirilən komitəyə Milli Şuranın sədri Cəmil Həsənli və hüquq müdafiəçisi Leyla Yunus həmsədr seçilib. 

Komitə ilk bəyanatında Ə.Kərimliyə qarşı ittihamların siyasi sifariş olduğunu bildirib. 

İran və ABŞ arasında nüvə danışıqları cümə günü Maskatda keçiriləcək

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İran ilə ABŞ arasında nüvə danışıqlarının cümə günü Omanın paytaxtı Maskatda keçiriləcəyini açıqlayıb.

İraqçi bu barədə X sosial şəbəkəsindəki paylaşımında məlumat verib. O bildirib: “ABŞ ilə nüvə danışıqlarının cümə günü təxminən səhər saat 10:00-da Maskatda keçirilməsi planlaşdırılır.”

Qardabani Marağa məscidinin açılışı mərasimi baş tutub

Gürcüstanda azərbaycanlıların kompakt şəkilə yaşadığı Qardabani şəhərindəki məscid təmirdən sonra fəaliyyətini bərpa edib.

Marağa məscidinin qapıları əsaslı yenidənqurma prosesindən sonra müsəlmanların istifadəsinə verilib.

Açılış mərasimində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev, şəhərin meri David Karqareteli, bir sıra digər rəsmilər, həmçinin şəhər sakinləri və başqa qonaqlar iştirak ediblər.

"İnter" yarımfinala yüksəldi

İtaliya kubokunun 1/4 final mərhələsinə start verilib.

İlk gündə 1 oyun baş tutub.

“İnter” evdə “Torino” ilə qarşılaşıb. Milan təmsilçisi çətin qələbə sayəsində ilk yarımfinalçı olub.

İtaliya kuboku
1/4 final mərhələsi

İnter – Torino 2:1
Qollar: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

Pekin-Moskva oxu güclənir: Si və Putin birgə strategiya mesajı göndərirlər

Sinin Putinlə telefon danışığı Çin liderinin Trampla geniş telefon danışığından bir az əvvəl baş tutub. Telefon danışığında ikitərəfli münasibətlərdən və ticarətdən tutmuş qlobal münaqişələrə qədər hər şeyi müzakirə ediblər.

Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Pekin və Moskva arasında iqtisadi əməkdaşlıq, ABŞ ilə münasibətlər və ikitərəfli əlaqələri müzakirə etmək üçün video zəng ediblər.

"Epşteyn faylları": Pedofil kimi tanınan şəxsin İsrailə işlədiyi haqda nələr bəllidir?

Hələ "Epşteyn faylları" ictimailəşmədən Cefri Epşteynin İsrailin kəşfiyyat xidmətinə işlədiyi haqda konspiraloji nəzəriyyələr var idi.

Sənədlərin açıqlanması isə bu gümanları yalnız gücləndirməyə xidmət edib.

Bəzi sənədlərdən aydın olur ki, İsrailin keçmiş baş naziri Ehud Barak 2013-2017-ci illərdə həyat yoldaşı ilə birlikdə dəfələrlə Epşteynin Nyu-Yorkda yerləşən iqamətgahında olub.