Nədənsə hicabla bağlı məsələ həll olmaq əvəzinə zamanla gündəmə gələrək yetərli problemlərə yol açmış olur. Vəziyyət kritik hal alınca hakimiyyət yumuşaq keçid edir və bu mövzunu arxivləməyə üstünlük verərək onu dondurulmuş problemlər sırasına əlavə edir.
Lakin alnaşıldığı kimi həll olunmayan problem hansısa maraqlar səviyyəsində sürdürülərək növbəti dəfə gündəm məşğul etməsi ehtimalı böyükdür. Hətta susularsa, bəli susularsa öncədən planlanan layihənin həyata keçməsini də gözləmək olar. Hal hazırkı vəziyyətdə hicab məsələsi də belədir.
Artıq illərdir təhsil müəssisələrində hicablı qızların iştirakı bir zamanlar hicabı “gerilik əlaməti” və ya təhsildən uzaqlaşanların “məşğuliyyəti” adlandıranların planlarını boşa çıxarıb. Günümüzdə saysız qızlarımızın orta-ali məktəblərdə hicabın maneə olmadan oxuması, hətta düşünüləndən yüksək nəticələr əldə etməsi danılmaz faktdır.
Demək hicabın tədrisə, təhsilə “mənfi təsirləri” kimi yanlış düşüncələr bu zehniyyət yanlışlığını ortaya qoyub. Hətta bir çox yüksək kürsülər tutan hicablı xanımların mövcudluğu da anti-islam ixracı olan hicab haqqında streotipləri darmadağın etməyi bacarıb.
Məktəbli geyiminə heç bir halda təsir etməyən baş örtüyü ötən illərdən günümüzə qədər uzanan bu tarixi keçiddə məlum fikrin yanaşım yanlışlığını ortaya qoydu ki, bu da hicablı qızların rahatlıqla təhsil alması üçün əhəmiyyətli idi.
Lakin birdən-birə özündə ikili fikirlərə yol açan uşaqların dinə məcbur edilməsinin yolverilməzliyi ilə bağlı qanun növbəti dəfə hicab mövzusunu müzakirəyə çıxardı. Əgər uşaqların dinə məcbur edilməsi qanunvericiliklə qadağan olunursa, bu uşaqların da zorla hicab taxılması kimi fikirlərin ixracı gündəmi hicabla bağlı məsələlərlə doldurdu. Etiraz məktəblərdə uşaqların baş örtüyü ilə tədris müəssisələrinə gəlmələrini bəzi sosial media istifadəçiləri günün mövzusuna çevirdi.
1-ci hissənin sonu
Hicaba qarşı növbəti uğursuz cəhd 1-ci hissə