2025-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycana qarşı baxılan işlərin sayı 2180 olub.
Bu, AİHM-in illik hesabatında göstərilir.
Azərbaycan bununla ən çox işin baxıldığı ölkələr siyahısında 8-ci yeri tutub.
İlk üçlükdə Türkiyə (18,464), Rusiya (7177) və Ukrayna (4004) qərarlaşıb.
Azərbaycana qarşı ötən il ümumilikdə 48 qərar qəbul edilib, bunlardan 43-də Avropa İnsan Hüquqları Konvensiyası maddələrinin ən azı birinin pozuntusu tanınıb. Bir işdə pozuntu aşkar edilməyib, 4 iş üzrə digər qərarlar qəbul edilib.
4 qərar Konvensiyanın 3-cü (işgəncənin qadağan olunması), 15 qərar 5-ci (azadlıq və təhlükəsizlik hüququ), 9 qərar 6-cı (ədalətli məhkəmə hüququ), 8 qərar 8-ci (şəxsi həyata hörmət hüququ), 1 qərar 9-cu (din və vicdan azadlığı), 4 qərar 10-cu (ifadə azadlığı), 1 qərar 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələrinin, 16 qərar isə mülkiyyət hüququnun pozuntusu ilə bağlı qəbul edilib.
Ötən il Azərbaycana qarşı məhkəməyə 569 şikayət göndərilib.
Azərbaycan prezidenti İlham Əliyev isə ötən il aprelin 9-da ADA Universitetində çıxış edərkən bildirib ki, Azərbaycan daha AİHM-in çıxardığı qərarları tanımayacaq. O, bunu Azərbaycanın nümayəndə heyətinin 2024-ci ildə Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması ilə izah edib. Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.
AİHM işləri ilə məşğul olan vəkillər isə deyir ki, Azərbaycan hökuməti hələ 2024-cü ilin martından AİHM-in qərarlarını icra etmir.
2025-ci ildə Avropa Məhkəməsində baxılan işlərin sayı üzrə Azərbaycan 8-ci yer tutub