Çoxsaylı müraciətlərinə baxmayaraq siyasi məhbus aylardır əməliyyat edilmir

Onurğasının aşağı hissəsində yaranan şiş səbəbindən ciddi problemlərlə üzləşən siyasi məhbus çoxsaylı müraciətlərinə baxmayaraq əməliyyata alınmır. Bunu Umbakı ciddi qapalı rejimli müəssisədə cəza çəkən Tərlan Sayadovun özü bildirib.
O, 2025-ci ilin avqustunda, hələ Umbakıda istintaq təcridxanasında olan zaman bədənində yaranan şişlə bağlı təcridxananın baş həkiminə müraciət ediyini bildirir. Həkim əməliyyata ehtiyac duyulduğunu söyləsə də, bir az havaların sərinlənməsini gözləməyi məsləhət bilir.
Sonrakı aylarda müxtəlif bəhanələr əməliyyatı aylardır ki, yuvadır. İndi isə baş həkim bildirir ki, hal-hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzində, cərrahiyyə şövbəsində boş yer olmadığı üçün onun köçürülmə işlərini həyata keçirə bilmir.
Tərlan Sayadov Müsəlman Birliyi Hərəkatının üzvüdür. Aktiv və fəallığı ilə seçilən inanclı müəssisə daxil olmaqla ölkədəki bir çox haqsızlıqlara öz etirazını bildirməklə dəfələrlə karsrlərə salınıb. Elə 2025-ci ilin 29 noyabrından ciddi qapalı rejim (krıtaya) köçürülmə səbəbi də məhz belə etirazlardan biri olmuşdu.
Müəssisə rəhbərliyinin hər dəfə süni maniə yaradaraq onun əməliyyat edilməsinə bəhanələrinin əsası da məhz onun etirazları ilə bağlı olması daha çox ehtimal edilir. Rəhbərliyin həmişəki kimi “qulaqburma” siyasəti bu gün təcridxanada şiş səbəbindən T. Sayadovun kamera şəraitində problemlərlə üzləşməsinə gətirib çıxarıb.
Məhbus rəhbərliklə son görüşündə məsələ həll olmayacağı halda aclıq aksiyasına başlaması ilə bağlı xəbərdarlıq da edib.