Ölümlə çarpışan ağır şəkər xəstəsi hər an komaya düşə bilər

3 saylı İstintaq Təcridxanasında həyatı təhlükə altında olan Elgiz Məmmədov hər an həyatını itirə bilər. Məsələ ilə bağlı narahatlıq yaşayan ailə əlləri hər yerdən üzülərək həyəcan təbili çalır. Təcridxanada baxımsızlıqdan əziyyət çəkən gəncin vəziyyəti kritik hala gəlib. Ailə övladlarının ölümlə çarpışdığını bildirir.

Elgiz Məmmədov 2025-ci il 10 iyununda saxlanılıb. İnanclıya nakotiklərlə bağlı cinayət işi açılıb və hal hazırda məhkəmələri davam edir. Məsələ burasındadır ki, bir uşaq atası E. Məmmədov saxlanılan zaman tam sağlam olub. Səhhətində hər hansı bir narahatlığı olmayıb. Saxlanılmasına əsas səbəb isə inancı ilə yanaşı Hacı tale Bağırzadənin yanına getməsi olub. Dəfələrlə rejim əməkdaşları onu Tale Bağırzadənin yanına getməkdən çəkindirsələr də, o bu əməlində heç bir qanunsuzluq olmadığını bildirib.

Qanunun işləmədiyi mühitdə elə ona qanunsuzluqla da cavab verərək inanclını şərləyirlər. Elgiz narkotiklərlə bağlı ittihamı rədd edərək ona qarşı sürülən ittihamı qəbul etmədiyi üçün fiziki işgəncələrə məruz qalır. Hətta vəziyyəti o qədər gərginləşir ki, təcridxanadan onu xəstəxanaya belə aparmağa məcbur qalırlar.
Onun şəkər xəstəliyinə tutulması da məhz bu dövrə təsadüf edir. Sürətli olaraq iştah pozulması və halsızlıq onu hər ötən gün zəiflədir. Təcridxanada müayinəyə alınaraq yüksək şəkər-diabet xəstəliyinə tutulduğu müəyyən olunur.
Lakin yüngül dərmanlar və laqeydlik Elgizin şəkərini pik həddə yüksəldir.

Ailənin Penitensiar Xidmətdən dəqiq müayinə olunaraq hansı dərmanların alınmaqla Elgizə mütləq bir müalicə olunma istəyi isə təcridxana tərəfindən cavabsız qalır. Ailə hər an gənc övladlarını itirmə təhlükəsi ilə həyəcan təbili çalırlar.
Onun vəziyyəti ağırdır. Əlaqədar təşkilatlar məsələ ilə bağlı mütləq diqqət göstərməli və problemi nəzarətə almalıdırlar. Əks halda bu geridönüşü olmayan böyük bir faciəyə yol aça bilər.