FIFA prezidenti İsrailə qadağanın əleyhinə olduğunu bildirib

FIFA prezidenti Canni İnfantino İsrailə qadağanın əleyhinə olduğunu bildirib.

O, “SkyNews”a müsahibəsində bu məsələyə toxunub.

İnfantino bu cür qadağanı “məğlubiyyət” adlandırıb: “Biz qanunlarımıza dəyişiklik etməli və siyasi liderlərin əməllərinə görə heç bir ölkənin komandasının futbol oynamasına qadağa qoymamalıyıq”.