İmam Məhdi (ə.f.) İmam Həsən ibn Əli Əskəridən (ə) sonrakı imam, onun oğludur. Onun adı və künyəsi Allah rəsulunun (s) adı və künyəsi ilə eynidir. Atası İmam Həsən Əskəri (ə) nə aşkarda, nə də gizlində ondan başqa övladını öz yerinə canişin təyin etməmiş, onu isə məxfi və gizli şəkildə mühafizə edərək qorumuşdur.
Vəd olunmuş məsud İmam Mehdi (ə) hicrətin 255-ci ilində, Şaban ayının ortasında (on beşində) dünyaya göz açmışdır. Anası Ümmü Vələd idi və ona “Nərcis” deyərdilər. Alicənab atası vəfat etdikdə, İmam Mehdinin (ə) beş yaşı var idi. Az yaşına baxmayaraq, Allahın lütfü sayəsində ona hikmət, qazilik elmi əta edilmiş və o, hər iki aləmə höccət qərar verilmişdi. Yəhya (ə) peyğəmbərə də bu yaşda hikmət inayət edilmişdi. Həmçinin, Məryəm oğlu İsaya (ə) da beşikdə olduqda peyğəmbərlik nazil edilmişdi. Müsəlmanlara müqəddəs vücudun imamlıq edəcəyi Allah rəsulunun (s) dilindən çatmışdı. Həzrət Əli (ə) və digər imamlar (ə) da bu haqda xəbər verib, onun imamətini dəlillər əsasında bəyan etmişdilər. İmam Həsən Əskəriyə (ə) qədər imamların (ə) hamısı ardıcıl olaraq onun zühuru haqqında möhkəm dəlillər əsasında xəbər vermişdilər.
İmam Mehdi (ə) dünyaya gəlməmişdən əvvəl, onun qeybə çəkilməsi, dövlət qurması və səltənəti xəbəri kitablarda mütəvatir həddə (əlimizə) çatmışdır. İmamların (ə) özləri də qiyam edib, əmin dövlət quracaq kəsin intizarında olmuşlar. Qiyamından əvvəl o Həzrətin iki qeybi vardır. Hədis və xəbərlərdə qeyd olunduğu kimi, onlardan biri digərindən daha uzunmüddətlidir. Qısamüddətli qeyb dövrü o Həzrətin doğulduğu vaxtdan başlayaraq, özüylə şiələri (tərəfdarları) arasında olan səfirlər (nümayəndələr) dövrünün başa çatması ilə sona yetdi.
Uzunmüddətli qeyb dövrü isə qısamüddətli qeyb dövrü sona çatdıqdan sonra başlanmışdır. Müddət sona çatdıqda, o Həzrət qılıncını sıyırıb qiyam edəcək. Əzəmət sahibi olan Allah belə buyurmuşdur: “Biz istədik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları imam, varis edək. Onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq, Firon, Haman və qoşunlarına onların tərəfindən qorxduqları, çəkindikləri şeyi göstərək” (“Qəsəs” surəsi, 5-6-cı ayələr). Həmçinin, Allah-taala belə buyurmuşdur: “Həqiqətən, Biz Zikrdən sonra Zəburda yazdıq və qərara aldıq ki, bu yerin varisi Mənim saleh bəndələrim olacaqlar” (“Ənbiya” surəsi, 105-ci ayə).
Bu gün 12-ci İmam Həzrəti Məhdinin (ə.f.) mövludu günüdür