Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən son dəyişikliklə internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların siyahısı genişləndirilib.
APA-nın yaydığı məlumata görə, dəyişiklik kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə görə şəxsi məsuliyyətin müəyyənləşdirilməsini nəzərdə tutur.
“Tribunat” hüquq platforması Qanuna edilən son dəyişiklikləri ifadə azadlığı kontekstində təhlil edib.
Qanunun qüvvədə olan redaksiyasında yayılması qadağan edilən informasiyalar siyahısında “kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar” (13-2.3.2) kimi qeyri-müəyyən ifadələrdən istifadə olunur. Eləcə də “Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya” (13-2.3.11) bəndi bu siyahını həddən artıq genişləndirir. “Digər” anlayışı altında hansı halların nəzərdə tutulduğu məlum olmur və sui-istifadə üçün əsas yaradır.
Bu qeyri-müəyyənlik neytral, tənqidi və ya ictimai əhəmiyyət daşıyan məlumatların da sanksiya riski ilə üzləşməsinə şərait yaradır. Bu norma əsasında tənqidi rəy yazan ictimai-siyasi fəalların həbsi son zamanlar digər sosial media istifadəçilərinə də geniş tətbiq olunmağa başlanıb. Qanunda dəyişiklik edilmədən əvvəl də həmin şəxslər əxlaqsızlığı təbliğ etməkdə, “mənəvi dəyərlərə zidd davranış sərgiləmək”də ittiham edilirdilər. Son zamanlar bu cür həbslərin sayı xeyli artıb.
Qanuna əlavə edilən 13-2.3.6-1-ci bənd kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsini, yəni əxlaqsız ifadələrin səsləndirilməsini və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsini, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatları yayılması qadağan edilən informasiya sırasına aid edir. Bu bənddə istifadə olunan əsas anlayışlar - “ictimai mənəviyyatı təhqir edən”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” və “əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd” - mövcud qanunvericilikdə konkret və dəqiq təriflərlə izah edilmir. Bu səbəbdən bəndin normativ məzmunu aydın deyil və hüquqi qeyri-müəyyənliyi artırır.
Azərbaycan Respublikası Konstitusiyası (maddə 47), ölkənin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyası (maddə 10) və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) ifadə azadlığının istənilən formasını qoruyur və legitim hesab edir. Lakin ifadə azadlığı mütləq hüquq deyil və məhdudiyyətlərə məruz qala bilər.
Bu məhdudiyyətlərin tətbiq olunması üçün isə onlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququnun inkişaf etdirdiyi “üç hissəli test”ə uyğun olmalıdır. Həmin testin hər hansı tələbinə cavab verməyən məhdudiyyət ifadə azadlığının pozuntusu hesab edilir:
I. Qanunla nəzərdə tutulma - məhdudiyyətin “qanunla nəzərdə tutulmuş” hesab edilməsi üçün həmin qanun kifayət qədər aydın, əlçatan və proqnozlaşdırıla bilən olmalıdır. Yəni fərd müvafiq normanın tətbiqinin hansı nəticələrə gətirib çıxara biləcəyini ağlabatan dərəcədə qabaqcadan görə bilməlidir (AİHM qərarı, Perinçek İsveçrəyə qarşı, bənd 131);
II. Legitim məqsəd - müdaxilə Konvensiyanın 10.2-ci maddəsində sadalanan məqsədlərdən birinə xidmət etməlidir: milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş, iğtişaş və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, gizli məlumatların açıqlanmasının qarşısının alınması və ya ədalət mühakiməsinin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi;
III. Demokratik cəmiyyətdə zərurilik və mütənasiblik -məhdudiyyət zəruri ictimai ehtiyacdan irəli gəlməli və tətbiq olunan tədbir minimum məhdudlaşdırıcı olmalıdır (AİHM qərarı, Tağıyev və Hüseynov Azərbaycana qarşı, bənd 37).
AİHM qeyd edir ki, Avropa miqyasında vahid əxlaq anlayışı mövcud olmadığından, dövlətlər bu sahədə daha geniş tənzimləmə imkanına malikdirlər (Aydın Tatlav Türkiyəyə qarşı, bənd 26). Bununla belə, Məhkəmə hər bir konkret iş üzrə müdaxilənin təcili ictimai ehtiyacdan irəli gəlib-gəlmədiyini, güdülən məqsədə mütənasib olub-olmadığını və tətbiq olunan sanksiyaların zəruri və əsaslandırılmış olub-olmadığını ayrıca qiymətləndirir. Presedent hüququna görə, dinc və zorakılıq xarakteri daşımayan ifadə formaları azadlıqdan məhrumetmə kimi sərt tədbirlərə məruz qalmamalıdır (Murat Vural Türkiyəyə qarşı, 2014, bənd 66).
İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən, qadağan edilmiş informasiyaların yayılmasına görə fiziki şəxslər min manatadək, vəzifəli şəxslər min beş yüz manatadək, hüquqi şəxslər isə iki min manatadək məbləğdə cərimə edilə, həmçinin bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Normada nəzərdə tutulan anlayışların qeyri-müəyyən olması hüquq tətbiq edən orqanlara geniş qiymətləndirmə sərbəstliyi verir ki, bu da normanın özbaşına və ya selektiv tətbiqi riskini artırır. Bu isə fərdlərin hansı davranışın qanun pozuntusu sayılacağını əvvəlcədən proqnozlaşdırmasını mümkünsüz edir və ifadə azadlığı üzərində “çəkindirici təsir” (chilling effect) yaradır.
Bu dəyişiklik formal olaraq “ictimai mənəviyyatın qorunması” adı altında təqdim edilsə də, mahiyyət etibarilə ifadə azadlığına uzun illərdir tətbiq edilən qeyri-müəyyən inzibati praktikanın qanuniləşdirilməsi kimi qiymətləndirilə bilər.
Yuxarıda göstərilənlər birlikdə qiymətləndirildikdə, dəyişikliklərin legitim məqsəd güddüyü qəbul oluna bilsə də, anlayışların dəqiq tərifinin olmaması, sanksiyaların sərtliyi və selektiv tətbiq riski bu müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi və mütənasibliyi ilə bağlı ciddi suallar yaradır.
İfadə azadlığı demokratik cəmiyyətin əsas sütunlarından biridir və onu məhdudlaşdıran hər bir tədbir aydın hüquqi çərçivə, dar və dəqiq təriflər, habelə effektiv məhkəmə nəzarəti altında tətbiq edilməlidir. Əks halda, “mənəviyyatın qorunması” məqsədi ifadə azadlığının daraldılması üçün geniş və təhlükəli alətə çevrilə bilər.
Beləliklə, “Tribunat”ın qənaətinə görə, yeni dəyişiklik əvvəlki redaksiyada mövcud olan hüquqi qeyri-müəyyənliyi daha da artırır və uzun müddətdir hüquqi əsas olmadan tətbiq edilən inzibati repressiya mexanizmlərini normativ çərçivəyə salır.
“İctimai mənəviyyat” arqumenti: ifadə azadlığına müdaxilənin genişlənən çərçivəsi