28 December 2025

Silahsızlaşdırma İsrail planıdır

 “Livan bu gün fırtınanın mərkəzindədir”

Hizbullahın baş katibi Həzrət Hüccətülislam və müsəlmanların alimi Şeyx Nəim Qasim bildirib ki, Livan hazırda ciddi və taleyüklü mərhələdən keçir. Onun sözlərinə görə, ölkədəki qeyri-sabitliyin əsas səbəbi ABŞ-ın hegemon siyasəti və sionist düşmənin təcavüzkar davranışlarıdır. Şeyx Qasim vurğulayıb ki, ABŞ Livanda korrupsiyanı himayə edir, fitnələr yaradır, sanksiyalar tətbiq edir və dövlət institutlarının bir çox sahələrinə nəzarət göstərir.

İsraildə təhlükəsizlik naziri reydlər keçirib, etiraz aksiyaları baş verib

İsraildə daxili təhlükəsizlik naziri Itamar Ben-Gvirin bədəvilərin yaşadığı şəhərdə polis reydlərinin keçirildiyi zamanı zorakı etiraz aksiyaları baş verib.

Bu barədə The Times of Israel məlumat yayıb.

Yerli sakinlər və fəallar səfəri təxribat kimi qiymətləndirərək küçələrə çıxıb, polis isə iğtişaşların qarşısını almaq üçün müdaxilə edib.

6 min yəhudiyə 3 sinaqoq, 3 milyon müsəlmana 120 məscid

Araşdırmalara görə, Bakıda cəmi 6 min yəhudi yaşayır və paytaxtda 3 yəhudi sinaqoqu fəaliyyət göstərir. Bu, hər 2 min nəfərə bir sinaqoq deməkdir.

Digər tərəfdən, təxminən 3 milyon əhalisi olan Bakıda - əhalinin böyük əksəriyyəti müsəlman olduğu halda - cəmi 120 məscid fəaliyyətdədir. Üstəlik, yeni məscidlərin tikintisi ilə bağlı hazırda heç bir xüsusi dövlət proqramı yoxdur.

Müəmma məhz buradadır:

Suriyada Ələvilərdən kütləvi dinc etiraz çağırışı

Suriyada və mühacirətdə fəaliyyət göstərən Ali Ələvi İslam Şurasının sədri Şeyx Qəzzal Qəzzal yaydığı bəyanatda bazar günü genişmiqyaslı, dinc kütləvi etiraz aksiyasının keçiriləcəyini elan edib. O bildirib ki, aksiyanın əsas məqsədi Suriyada siyasi federalizm modelinin tətbiqi ilə bağlı tələbləri ictimai və beynəlxalq gündəmə daşımaqdır.

Qəzzada 48 saatda 29 şəhid: Ümumi itkilərin sayı 71266-ya yüksəldi

Son 48 saatda Qəzzada yeni itkilər

Qəzza zolağında fəaliyyət göstərən Səhiyyə Nazirliyi bu gün, şənbə günü yaydığı rəsmi açıqlamada son 48 saat ərzində 29 fələstinli şəhidin sektorun müxtəlif xəstəxanalarına çatdırıldığını bildirib. Nazirliyin məlumatına görə, bu şəhidlərdən 25-nin cəsədi dağıntılar altından çıxarılıb. Eyni müddət ərzində daha 8 nəfərin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara müraciət etdiyi qeyd olunub.