27 December 2025

"Arsenal" liderliyi əldən vermədi

İngiltərə Premyer Liqasında XVIII turun oyunları keçirilir.

“Mançester Siti” “Nottingem Forest”ə 2:1 hesabı ilə qalib gəlib.

“Arsenal” “Brayton”u (2:1),”Liverpul” isə “Vulverhempton”u (2:1) üstələyib.

“Arsenal” 42 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 40 xalla ikinci pillədə qərarlaşıb.

Rusiyanın Sank-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt hüseyniyyəsində növbəti cümə namazı qılınıb

Rusiyanın Sank-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt hüseyniyyəsində Höccətül-islam Hacı Rüfət Məmmədovun imaməti ilə cümə namazı qılınıb. Hacı Rüfət Məmmədov cümə namazının birinci xütbəsində Rəcəb ayının gəlişi münasibətilə ilə möminləri təbrik etməklə söhbətinə başlayıb və bu xütbədə Rəcəb ayının duasının şərhindən danışıb.

Somali Ərəb Liqasının təcili iclasını çağırıb

Somali Federal Respublikasının Misirdəki səfiri və ölkənin Ərəb Liqasındakı daimi nümayəndəsi Əli Əbdi Avari, Somali Federal Respublikasının İsrail işğal rejiminin Baş naziri Benyamin Netanyahunun "Müstəqil Somaliland Respublikası"nı tanımaq və onunla tam diplomatik münasibətlər qurmağı elan etmək barədə açıqlamalarını qınadığını və qətiyyətlə rədd etdiyini açıqladı.

Zorakı güclərin təşviqi İranın mövqeyindən qaynaqlanır

İranın mövqeyi və qlobal nizamla qarşıdurma

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Avropada fəaliyyət göstərən İslam Tələbə Birlikləri İttifaqının 59-cu illik toplantısına ünvanladığı mesajda İranın mövqeyinə dair mühüm açıqlamalar verib. O bildirib ki, zorakı və fəsad törədən güclərin əsas təşvişi nüvə məsələsi ilə bağlı deyil, İranın dünyada mövcud olan ədalətsiz nizama və hegemon sistemə qarşı açıq mövqe sərgiləməsindən irəli gəlir.

Yəməndə gərginlik: Keçid Şurası Səudiyyənin hava zərbəsinə etiraz etdi

Keçid Şurasından Səudiyyəyə sərt reaksiya

Yəmənin cənubunda Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi “Cənub Keçid Şurası”na bağlı “İkinci Hərbi Zona” komandanlığı bu gün yaydığı açıqlamada Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin hərbi düşərgələrindən birini hədəf almasını kəskin şəkildə pisləyib. Bəyanatda qeyd olunub ki, hava zərbəsi “təəccüb doğuran və anlaşılmaz bir hədəfləmə”dir.

Ayətullah əl-Üzma Sübhani "Yeni Texnologiyalar, Media və Süni İntellekt" mövzusunda suallara cavab verib

Ayətullah Cəfər Sübhani Şəfəqnanın "yeni texnologiyalar, media və süni intellekt" mövzusunda suallarını cavablandırıb.

1. Bəzən tərcüməçilər və müəlliflər müəllif hüquqları ilə qorunan əsərləri naşirin və ya müəllifin icazəsi olmadan tərcümə edir və ya yenidən nəşr edirlər. Müəllif hüquqları qanunlarının məcburi olmadığı ölkələrdə belə bir hərəkət şəriət baxımından icazəlidirmi?

Hizbullah rəsmisi: “Müqavimətlə ordu arasında heç bir gərginlik olmayacaq”

Hizbullah rəsmisi Əli Damus İsrail hücumları və işğalı davam etdiyi müddətcə müqavimətin silahsızlaşdırılmayacağını və ordu ilə münaqişəyə girməyəcəyini bildirib və Livan dövlətini birtərəfli güzəştlərə getdiyinə görə tənqid edib.

Hizbullah İcra Şurasının sədri Şeyx Əli Damus cümə günü verdiyi açıqlamada aşağıdakıları vurğulayıb:

Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var

Rusiya gecə boyu Ukraynaya dronlar və ballistik raketlərlə hücum edərək Kiyevdə və ətraf bölgədə xəsarətlərə və dağıntılara səbəb olub.

Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, hazırda dörd zərərçəkən tibbi yardıma müraciət edib, onlardan üçü xəstəxanaya yerləşdirilib. Bir qədər sonra o, zərərçəkənlərin sayının 5-ə çatdığını açıqlayıb.