11 October 2025

ABŞ-da güclü partlayış: 19 nəfər itkin düşüb

ABŞ-ın Tennessi ştatında partlayıcı maddələr istehsal edən müəssisədə partlayış baş verib. Partlayış nəticəsində obyekt dağılıb, çoxlu insan həlak olub, 19 nəfər isə itkin düşüb.

Cümə günü səhər ABŞ-ın Tennessi ştatında partlayıcı maddələr istehsal edən müəssisədə partlayış baş verib.

Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda qruplar göndərilib. Partlayışın səbəbi naməlum olaraq qalır və obyektdə olan 19 nəfərdən xəbər yoxdur.

Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində ənənəvi cümə namazı qılınıb

Oktyabrın 10-da Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində möminlərin iştirakı ilə növbəti cümə namazı qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov rəhbərlik edib. O, xütbələrinin birincisində təqva haqqında danışıb.

İkinci xütbədə isə insanların təsir qəbul etməsi və təsir qoyması haqqında bəhs edib.

Norveç paytaxtında İsrail futbol komandasının iştirakına etirazlar

Norveç və İsrail futbol komandaları arasında keçirilməsi planlaşdırılan vacib oyunun ərəfəsində, Oslo şəhəri Fələstinlə həmrəylik nümayişinin mərkəzinə çevrilib. Minlərlə insan Fələstin bayraqları ilə küçələrə çıxaraq, Qəzza xalqının səsini dünyaya çatdırmaq məqsədilə etirazlarını bildirib.

Daha bir inanclı ciddi qapalı rejim həbsxanasına köçürüləcək

Həbsxanalarda inanclılara qarşı süni maneələr yaradılaraq onları köçürüldüyü həbsxanalara buraxmadan karantin otaqlarından ciddi-qapalı rejimli müəssisəyə (krıtıya) göndərilmək az qala dəb halını alıb. Zatən şərlənərək həbsxanalara məhkum edilən inanclılar iş aldıqdan sonra köçürüldükləri cəzaçəkmə müəssisələrində rəhbərliyin gözünə necə görünmələri onların müqəddəratını həll edir.

İsrail aparıcı məhbus Mərvan Barquti azad edəcəkmi?

İsrail və HƏMAS Trampın Qəzza sülh planının birinci mərhələsini həyata keçirməyə razıdırlar, lakin İsrail aparıcı məhbus Mərvan Barquti azad etməyib.

Çərşənbə günü axşam İsrail və HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının birinci mərhələsini həyata keçirməyə razılaşdıqları açıqlanıb. Bu inkişaf HƏMAS-ın tanınmış fələstinli məhbusların məhbus mübadiləsi sazişinə daxil edilməsi tələbini yenidən gündəmə gətirib.

Atəşkəslə bağlı sionist rejimə etibar etmək olmaz

Tehran cümə namazının müvəqqəti sədri Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbəri İsrail rejimi ilə HƏMAS arasında əldə olunan razılaşmanı dəyərləndirib.

Tehranda bu həftənin cümə namazını Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbəri imam edib.

Cümə namazı xütbələrində çıxış edən Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbəri son hadisələri dəyərləndirib.

BMT: 170 min ton ərzaq, dərman və digər ləvazimatlar Qəzzaya hazır vəziyyətdədir

BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletcher bildirib ki, 170 min ton ərzaq, dərman və digər təcili ləvazimatlar Qəzzaya daşınmaq üçün ixtisaslaşmış qruplarla birlikdə hazır vəziyyətdədir.

Fletçer BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi mətbuat konfransında onlayn olaraq bir yeniləmə təqdim edib.

Hacc və Ümrə zəvvarları üçün sağlamlıq tələbləri və tövsiyələr haqqında sənəd hazırlanıb

Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişləri ilə bağlı sənəd hazırlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Hacc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan Fransaya məğlub olub

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız D qrupunda səfərdə Fransa ilə qarşılaşıb. “Park de Prens” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

Azarkeşlər oyunda 3 qola şahidlik ediblər. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

DÇ-2026

'AbzasMedia'nın həbsdə olan xanım jurnalistləri şəraitdən şikayətlənirlər

"AbzasMedia"nın Lənkəranda yerləşən Penitensiar Kompleksdə saxlanılan xanım jurnalistləri onlara verilən vədlərin yerinə yetirilmədiyini bildirirlər.

Yaxınlarının sözlərinə görə, jurnalist Elnarə Qasımova deyib ki, müəssisəyə köçürüləndən bəri onlara siqaret çəkilməyən kamerada qalacaqları vəd olunsa da, hazırda fərqli kameralarda siqaret çəkən məhbuslarla birlikdə saxlanılırlar.