03 October 2025

Yəməndə Qəzzaya dəstək üçün milyonluq yürüşlər keçirildi

Yəmən paytaxtı Sənanın “Səbain” meydanı, eləcə də 14 əyalətdə 500-dən çox mərkəzi və bölgə meydanı bu gün milyonlarla insanın iştirak etdiyi yürüşlərə şahidlik edib. Aksiya “Sionist-Amerika planına qarşı – Qəzza ilə zəfərə qədər birlik” şüarı altında keçirilib.

Etirazçılar Qəzzaya dəstəyin dəyişməz və sarsılmaz olduğunu vurğulayıb, İsrail və ABŞ-ın bölgəyə qarşı “müttəfiq təcavüzünü” pisləyib.

 

Bəyanat: “Amerika sionizmin digər üzüdür”

"Araz-Naxçıvan" "İmişli"ni məğlub etdi

"Araz-Naxçıvan" Misli Premyer Liqasında VII turun açılış matçında qələbə qazanıb.

Elmar Baxşıyevin komandası "İmişli"ni evdə 2:0 hesabı ilə məğlub edib.

Qolları Ba-Muaka Simakala (33) və Ülvi İsgəndərov (90+5) vurublar.

"İmişli" hazırda 8 xalla yeddinci pillədə qərarlaşıb. Hesabında 14 xal olan Naxçıvan təmsilçisi isə turnir cədvəlinin zirvəsinə yüksəlib.

İsrail influenserlərə hər sosial media postuna görə 7 min dollar ödəyir

İsrail hökuməti hər sosial media postuna görə amerikalı influenserlərə təxminən 7 min ABŞ dolları ödəyir. 

ABŞ-nin Kuinsi İnstitutu bu ölkənin "xarici agentlər" qanunvericiliyinə əsasən aidiyyəti qurumlara təqdim olunmuş sənədlərə istinadən bu rəqəmi açıqlayıb. 

Sənədlərdən görünür ki, İsrail Xarici İşlər Nazirliyi ilə çalışan "Bridges Partners" şirkəti “İnfluenser Kampaniyası” ilə bağlı bir sıra hesab-fakturalar hazırlayıb. 

Azərbaycanda biri hərbçi olmaqla 4 nəfər dövlətə xəyanətdə ittiham olunur

Azərbaycanda içlərində hərbçi də olmaqla 4 nəfər dövlətə xəyanətdə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. Həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.

Hollandiya və Belçikada 300-dən çox mədəniyyət qurumu İsraili boykot edir

Hollandiya və Belçikada fəaliyyət göstərən 302 muzey, sənət və mədəniyyət qurumu, həmçinin 878 sənətçi birgə bəyanatla İsrailə qarşı mədəniyyət boykotuna qoşulduqlarını açıqlayıblar. Bəyanatda Qəzzədəki qırğınlar və Qərb sahilində işğal siyasətinin davam etdirilməsi səbəbindən İsrail dövlət qurumları və şirkətləri ilə əməkdaşlığın dayandırıldığı bildirilib.

 

“Soyqırımı seyr etməyəcəyik”

Xanım Məsumənin (s.ə.) vəfat etdiyi gecə ziyarətçilər Xanımın hərəmində matəm saxladılar

Həzrət Fatimə Məsumənin (s.ə) vəfat etdiyi gecə Xanımın müqəddəs hərəmində minlərlə insan əzadarlıq mərasimi keçirdi. Mərasimdə moizə oxuyan  Əli Rza Pənahiyan Xanım Məsumənin (s.ə.) həyatının incə nöqtələrini işıqlandırdı. Ardınca məddah Seyyid Məcid Bəni məclisi növhə və rövzələrlə bəzədi. Gecənin sonu isə Abbas Heydərzadənin Kumeyl duasının oxunması ilə yekunlaşdı.

UEFA Avropa Liqası: "Fənərbağça"dan qələbə

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda növbəti oyunlar keçirilib.

Maraqla gözlənilən qarşılaşmalardan biri İstanbulda baş tutub.

"Fənərbağça" evdə Fransa təmsilçisi "Nitsa"nı qəbul edib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Kerem Aktürkoğlunun dublu "Fənərbağça"ya Liqa mərhələsində ilk qalibiyyəti gətirib. Qonaqlardan isə Kevin Omoruyi penaltidən fərqlənib.

ABŞ-ın Yaxın Şərq üzərində nəzarətinə qarşı duran dörd maneə

ABŞ onilliklərdir dünyanın ən strateji enerji dəhlizi olan Qərbi Asiyada öz hökmranlığını möhkəmləndirməyə çalışır.

Bu gün söhbət təkcə neft və təhlükəsizlikdən getmir: Vaşinqton Yaxın Şərqi qlobal qarşıdurmada, həm iqtisadi, həm də hərbi sahədə Çinə qarşı silah kimi istifadə etməyə hazırlaşır. Lakin ABŞ-ın qarşısında hələ də dörd əsas maneə dayanır. Onlar aradan qaldırılmadığı müddətdə regionu Çinə qarşı avanqard bazaya çevirmək arzusu əlçatmaz qalacaq.