Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı

Bakı Apellyasiya Məhkəməsi siyasi məhbus Tərlan Səyadovun müraciəti əsasında şikayətinə baxıb. Şikayətdə ittiham tərəf 2025-ci il 23 iyul tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin Tərlan Səyadov barəsində çıxardığı 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına baxıb.

Oktyabrın 1-də keçirilən iclasda hakim Aqil Musayev Müsəlman Birliyi Hərəkatının üzvü inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdırıb. Hakim ilk instansiyanın qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Səyadov Tərlan Ağacan oğlu 2024-cü il martın 15-də saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Məhkəmə ittiham aktında qeyd edilən maddə ilə T. Səyadovu müqəssir bilərək barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi.