08 September 2025

Azərbaycan səfiri İranın mədəniyyət və islami irşad naziri ilə görüşüb

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.

Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

İsraildə terror hücumunda ölənlərin sayı 6-ya çatıb

Yerusəlimin Ramot bölgəsində terror aktı törədilib. İlkin məlumata görə 6 nəfər akt zamanı öldürülüb. “The Times of Israel” xəbər verir ki, silahlı hücum nəticəsində 15 nəfər də yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan itkilərin sayının artma ehtimalı var.

Hadisə naməlum şəxslərin avtobusa atəş açması nəticəsində baş verib. İsrail təhlükəsizlik qüvvələri 2 şübhəli hücumçunu öldürdüyünü bildirir. Hadisəni törədənlərin kimliyi barəsində hələlik məlumat verilmir.

Rusiya-Ukrayna müharibəsində 92 amerikalı hərbçi öldürülüb

Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən xüsusi hərbi əməliyyat zonasında azı 92 ABŞ muzdlusu həlak olub.

Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən yazıb. 

Nəşrin məlumatına görə, Ukrayna ordusunda “bir neçə min” amerikalı xidmət edib.

"2022-ci ildən könüllü orduya qoşulan amerikalıların sayına dair müstəqil hesablamalar mindən çoxdur. Ukrayna ordusu rəqəmlər dərc etmir", - nəşr yazır.

Xanımı Polad Aslanovun səhhətinin pisləşdiyini deyir

"Xeberman" saytının rəhbəri Polad Aslanovun saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə bu gün, sentyabrın 8-də onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, P.Aslanov onunla telefon danışığı zamanı gecə saatlarında tibbi şok keçirdiyini söyləyib.

Ramon hava limanı Yəmən pilotsuz təyyarəsi tərəfindən hədəf alınıb

İsrail mediası Yəməndən buraxılan pilotsuz təyyarənin Ramon hava limanını vurduğunu və hava məkanının uçuşlar üçün bağlandığını bildirib.

İsrailin "Mako" xəbər saytının məlumatına görə, avqustun 7-də Yəməndən atılan pilotsuz uçuş aparatı (PUA) Eylat yaxınlığındakı Ramon hava limanını vurub.

Hadisə zamanı heç bir xəbərdarlıq sisteminin işə salınmadığı, İsrail ordusunun hadisənin təfərrüatlarını araşdırdığı bildirilib.

Brüsseldə on minlərlə insan Qəzza üçün küçələrə axışıb

Belçikanın paytaxtı Brüsseldə on minlərlə insan İsrailin Qəzzada törətdiyi qırğınlara etiraz edərək, beynəlxalq ictimaiyyəti sanksiyalara çağırıb.

Bazar günü Belçikanın paytaxtı Brüsseldə Qəzzaya dəstək nümayişi keçirilib.

Təxminən 200 dərnək tərəfindən çağırılan nümayişlərə on minlərlə insan qatılıb.